"Qondarma Ramşteyn koalisiyasına daxil olan 50-yə yaxın ölkə Kiyev rejiminin tərəfində silahlı münaqişədə iştirak edir".
Yenisabah.az "RIA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.
O bildirib: “NATO ölkələrinin ərazisində Ukrayna hərbçiləri fəal şəkildə təlim keçir. Qondarma Ramşteyn koalisiyasının üzvü olan 50-yə yaxın ölkə Kiyev rejiminin tərəfində silahlı münaqişədə iştirak edir”. Marqarita pizza
Patruşev vurğulayıb ki, hazırda ŞƏT-ə üzv dövlətlər üçün öz ölkələrinin adət və ənənələrinin qorunub saxlanılması, ümumbəşəri dəyərlərin qorunması, suveren dövlətlərin daxili işlərinə müdaxilənin qarşısının alınması, birtərəfli sanksiyalar və məhdudlaşdırıcı tədbirlər siyasətinə qarşı fəaliyyət göstərməsi son dərəcə vacibdir:
“ŞƏT-ə üzv dövlətlər bu cür dağıdıcı hərəkətlərin konkret təzahürləri ilə birbaşa tanışdırlar. Amerikalıların və onların peyklərinin dünya hegemonluğu istəyinin ən bariz nümunələrindən biri Ukraynada onların təhrik etdiyi böhrandır”.
Telegram kanalımız