Ukraynaya qanunsuz narkotik daşıyan saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Ukraynaya qanunsuz narkotik daşıyan saxlanıldı

Kriminal

21 Fevral 2019 17:52 876


Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İrandan Ukraynaya külli miqdarda narkotik vasitələr aparılacağı barədə əməliyyat məlumatı daxil olub.

DGK-dən “Yeni Sabah”a verilən məlumata əsasən, Ukrayna vətəndaşı İvonyak Volodimir Vasilieviç idarə etdiyi “Renault” markalı yük nəqliyyat vasitəsi ilə İranın Malayer şəhərindən Ukraynanın Odessa şəhərinə  “kişmiş”  yükü apararkən Astara gömrük postunun yük maşınları üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində saxlanılıb. Nəqliyyat vasitəsinə rentgen qurğusu vasitəsilə gömrük baxışı keçirilib. Bu zaman “Renault” markalı yük nəqliyyat vasitəsinin qoşqusunun ön divarında, soyuducu qurğusunun aşağı hissəsində, dördkünc formalı şübhəli cizgilər müşahidə edildiyindən həmin nəqliyyat vasitəsi əsaslı yoxlamaya cəlb olunub.

Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunda olan “kişmiş” yükü boşaldılıb. Daha sonra nəqliyyat vasitəsi kinoloji xidmət iti tətbiq olunmaqla yoxlanılıb. Kinoloji xidmət iti həmin hissəyə reaksiya verdiyindən divar xüsusi alət və avadanlıqlardan istifadə edilərək sökülüb. Nəticədə gömrük nəzarətindən gizlədilmiş şəffaf rəngli sellofana bükülü cəmi 54  ədəd yastı dördkünc formalı bağlama aşkar edilib. Gömrük yoxlaması tam başa çatdıqdan sonra 54 ədəd bağlamanın qablaşdırılması ilə birlikdə çəkisi 28400 qram olan narkotik vasitə - heroin olduğu müəyyənləşib. pizza hut

Faktla bağlı araşdırma aparılır.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!