Vaksin vurdurmayanlara qarşı hansı tədbir görüləcək? - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Vaksin vurdurmayanlara qarşı hansı tədbir görüləcək? - AÇIQLAMA

Sosial

15 Fevral 2021 07:19 798


 TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında vaksinasiyanın könüllü olacağını bildirib. Lakin sosial şəbəkələrdə vaksin vurdurmayan şəxsin gələcəkdə heç bir iaşə obyektinə buraxılmayacağına dair fikirlər səsləndirilib.

“Yeni Sabah” xəbər verir ki, yarana biləcək təhlükə haqqında Redaktor.az-a açqılama verən professoru Adil Qeybulla bildirib ki, vaksin vurdurmayan şəxs vurduran şəxs üçün təhlükə yarada bilər:

“Vaksinasiya tövsiyə edilən risk qrupunda da hələ ki, könüllüdür. Lakin epidomolji vəziyyət nəticəsində məcburi xarakter daşıya bilər. Vaksinasiya olunan şəxslər bir ay yarım özlərini qorumalıdırlar. İmmunitet təxminən birinci vaksinasiyadan 42 gün sonra formalaşır. Bu səbəbdən vaksinasiyadan sonra da müəyyən tədbirləri əldən vermək olmaz.  Vaksin vurdurmayan şəxsdən vurduran şəxsə dediyim müddət ərzində virus keçə bilər. Yarana biləcək problemlərin qarşısını almaq üçün insanlar vaksindən imtina etməməli, bu məsələ də anlayış göstərməlidirlər”. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!