Vanqadan şok öncəgörmə - Martın 31-də...

saytların hazırlanması

Evə çatdırılma

Vanqadan şok öncəgörmə - Martın 31-də...

Dünya

03 Mart 2019 16:35 1320


Bolqar görücü Vanqa nənənin gələcək nəsillərə ötürdüyü ismarış əsasında martın 31-də Ukraynada keçiriləcək prezident seçkisində kimin qalib gələcəyini müəyyənləşdirmək mümkün olub.

Belə bir iddia ilə çıxış edən xarici medialardan birinin fikrincə, görücünün ismarışı həmin şəxsin xarakterinin cizgilərini müəyyənləşdirməyə imkan verir.

Vanqa gələcək prezidentin öz sələflərindən fərqli olacağını açıqlayıb. Bu, siyasətlə heç bir əlaqəsi olmayan insan olacaq. Ancaq çoxlu vətəndaşın dəstəyini qazanacaq. Təkcə Ukraynada deyil, digər ölkələrdə də məşhur olmalıdır. Pepperoni pizza

Qeyd olunur ki, hazırda bu göstəricilərə uyğun gələn namizəd Vladimir Zelenskidir. O bu yaxınlarda bildirmişdi ki, hakimiyyətin hərəkətsizliyindən yorulub və özünü xalqın arasından çıxmış, ölkədəki situasiyanı dəyişmək istəyən yeni siyasətçi kimi görür. Zelenski həmçinin Vanqanın təsvirinə ona görə də uyğun gəlir ki, o heç vaxt məmur postu tutmayıb.

Teleqraf.com

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!