Venesuelada 7,5 bal gücündə zəlzələ -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Venesuelada 7,5 bal gücündə zəlzələ - VİDEO

Dünya

25 İyun 2026 09:10 3278


Venesuelanın şimal sahillərində 7,5 maqnitudalı güclü zəlzələ qeydə alınıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə ilkin məlumatı ABŞ Geoloji Xidməti (USGS) yayıb. Zəlzələnin episentri Karakasdan təxminən 168 kilometr qərbdə, Moron şəhəri yaxınlığında yerləşib. Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.

USGS-in məlumatına görə, 7,5 maqnitudalı əsas zəlzələdən cəmi bir dəqiqə əvvəl həmin ərazidə 7,2 maqnitudalı daha bir güclü təkan baş verib. Yeraltı təkanlar Karakas da daxil olmaqla ölkənin bir çox bölgəsində hiss olunub. Dördpendirli pizza

İlkin məlumatlara əsasən, paytaxt Karakasda və bir sıra yaşayış məntəqələrində binalara ziyan dəyib, bəzi tikililər qismən və ya tamamilə dağılıb. Xilasetmə xidmətləri dağıntılar altında qalan insanların axtarışını davam etdirir.

Venesuela hakimiyyəti ölkədə fövqəladə vəziyyət elan edib. ABŞ, Ekvador və digər ölkələr zərərçəkənlərə yardım göstərməyə hazır olduqlarını bildiriblər. Karib hövzəsi üçün qısa müddətə sunami xəbərdarlığı verilsə də, sonradan ləğv edilib.

Qeyd edək ki, bu, son yüz ildən artıq müddətdə Venesuelada qeydə alınan ən güclü zəlzələlərdən biri hesab olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!