Venesuelada təyyarə qəzaya uğradı, 5 nəfər öldü

saytların hazırlanması

Evə çatdırılma

Venesuelada təyyarə qəzaya uğradı, 5 nəfər öldü

Dünya

07 Noyabr 2022 14:01 961


Venesuelada göyərtəsində beş hərbçi olan “C-208B” yüngül motorlu hücum təyyarəsi qəzaya uğrayıb. 

“Report” xəbər verir ki, bu barədə MEHR informasiya agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, insident Venesuelanın cənubundakı Amazonas əyalətindəki Xose Antonio Paes aviabazasından 3 km aralıda baş verib. Ştat qubernatoru Migel Rodriges təyyarənin sıx cəngəllikdə yerli insanlara kömək edən aviasiya qrupuna aid olduğunu söyləyib. Toyuqlu pizza

Ölkənin müdafiə naziri, general Vladimir Padrino Lopesin sözlərinə görə, qəza yerində 4 hərbçinin cəsədi tapılıb, beşincisinin axtarışları davam edir.

Venesuela Prezidenti Nikolas Maduro hadisənin başvermə səbəblərinin araşdırılması və həlak olanların yaxınlarına dəstək verilməsi barədə göstəriş verib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!