“Vergi Məcəlləsinə edilən dəyişikliklər haqqında çox yazmışam, çiy, sonacan düşünülməmiş dəyişikliklərdir. Vergi subyektlərinin bir çoxunun dəyişikliklərdən xəbəri yoxdur, necə işləmək lazımdır bilmirlər. Yeni qaydaların özündə də tragikomik nüanslar var”.
Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşıb. O bildirib ki, ƏDV-nın istehlakçılara qaytarılması məsələsi Məcəlləyə salınıb, prezident imzalayıb, ilin əvvəlindən artıq ay yarım keçib, hələ indi ayılıblar ki, bunun mexanizmi yoxdur:
“Hələ indi mexanizm yaradılmasına qərar veriblər. Bu gedişlə 5-6 aya mexanizm qurular, 5-6 ay da bu mexanizmin test olunmasına və vətəndaşa izah edilməsinə gedər , beləliklə də il bitər və qəbul edilmiş, imzalanmış qanun 1 il havadan asılı qalar. Sezar pizza
ƏDV-nın nəğd ödənişlərdə 10%, kartla ödənişlərdə 15% geri qaytarılması qanuna salınıb. Nəğd ödənişlə bağlı hissə absurddur, bunun mexanizmi yoxdur, olmayacaq da. Hətta vergilər nazirinin müavini Sahib Ələkbərov da etiraf edib ki, ancaq kartla, qeyri-nağd ödənişlərdə ƏDV-nin 15%-nin qaytarılması mümkün olacaq.
Yaxşı, bunu biz əvvəlcədən görürdüksə, hələ noyabr-dekabr aylarında xəbərdarlıq edirdiksə, o boyda məmur ordusu nədən bunu görmürdü, anlamırdı?!
Mən dəfələrlə demişəm, bir də təkrar edim. Vergi Məcəlləsinə dəyişikliklər xoş niyyətdən doğa bilər, amma çiy və sonacan düşünülməməsi, son 3 ildə 400-dən çox ələvə və dəyişikliklərin olması Məcəllənin ruhunu öldürüb, məntiqini zədələyib. Məhz buna görə də sıfırdan yeni Məcəllənin yazılmasına ehtiyac var. Yeni Məcəllə ardıcıllığın və məntiqin qorunması ilə yazılmalı, sadələşdirilməli və anlaşılan olmalıdır.
ƏDV ilə bağlı çoxlu sayda sual verirlər ki, nə qədər pul geri qaytarılacaq? Bir çoxları elə bilirlər ki, ödədikləri vəsaitin tamamının 15%-ni geri alacaqlar. Məsələ belədir: Əvvəl kartınız olmalıdır, bank kartı ilə alış-veriş edərkən ödədiyiniz məbləğln içində ƏDV nə qədərdirsə, onun 15%-i geri qaytarılacaq. Məsələn: 100 manatlıq alış-veriş etmisiniz, bunun içində 18 manat ƏDV varsa, həmin 18 manatın 15%-ni geri alacaqsınız (əgər altyapını qurub-bitirə bilsələr). Yəni 2 manat 70 qəpik 15 gün ərzində sizin bank hesabınıza geri qaytarılacaq. Daha sadə dildə desək, 100 manatlıq alverinizin 2 manat 70 qəpiyini geri ala bilmək şansınız yaranacaq”.
Telegram kanalımız