Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Vəziyyətin bu şəkildə inkişafı...” - Rəsmi Bakıdan Ermənistanın son Kəlbəcər təxribatına  REAKSİYA
23 İyl 2021 18:12
9461

“Vəziyyətin bu şəkildə inkişafı...” - Rəsmi Bakıdan Ermənistanın son Kəlbəcər təxribatına REAKSİYA

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, bu ilin 23 iyul tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində bir hərbi qulluqçumuz şəhid olub.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Ermənistan tərəfinin son zamanlar davamlı təxribatlara əl atması, Azərbaycan mövqelərini atəşə tutaraq, bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir və vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

"Azərbaycan, beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü müdafiə etmək, habelə bölgədə sülh və təhlükəsizliyi təmin etmək üçün bütün lazımi addımları atmaq hüququnu özündə saxlayır.

Allah Şəhidimizə rəhmət eləsin", - deyə məlumatda qeyd olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər