Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Vüqar Səfərlinin bir metro vaqonu dolusu tamadası var idi“  - Tanınmış jurnalist
30 May 2021 12:21
10237

“Vüqar Səfərlinin bir metro vaqonu dolusu tamadası var idi“ - Tanınmış jurnalist

Medianin İnkişafi Agentliyinin hörmətli rəhbərliyi, bu qurumda çalışan dəyərli dostlar. MEDİA-nin üzərinə çətin və şərəfli bir missiya qoyulub. Sizə tapşırılan işlərin öhdəsindən gələcəyinizə, bəslənən ümidləri doğruldacaqiniza inanmaq istəyirəm. 

Uzun müddət mətbuat sahəsində çalışmis, dahi Səməd Vurğun demişkən, indi də yeri gələndə az-az uyduran biri kimi, "Jurnalistlər şəhərciyi"nin sakini olaraq sizlərdən bir kiçik xahisim var, feysbukda "Jurnalist Binalari" qrupundaki tamadalarinizi yiqisdirin! Sosial şəbəkəyə həssas və diqqətlə yanaşdığınızi bildiyimdən belə tərifbazlara "dur" deməyinizi xahis edirəm. Dunən də yazmışdım, jurnalist və sakin olaraq bizim missiyamız obyektiv olmaq, görülən musbət isləri dəstəkləmək, problemləri dilə gətirməkdir. Yerli-yersiz tərif yaqdirmaq nə onu yazan tamadalara, nə də MEDİA rəhbərliyinə şərəf gətirər. Yaxin keçmişimizdə KİVDF rəhbəri V.Səfərlinin də bir metro vaqonu dolusu tamadasi var idi. Bu istidə V.Səfərlinin harda "dincəldiyi" hər kəsə məlumdur. Ona tamadalıq edənlərin də indiki rəzil durumu göz qabağındadır. Amandir, bu yolla getməyin.

Böyük Məmməd Araz yazirdi ki, gərəksiz tərif də yuxuya bənzər, uyudar qələmi iş ustundə də... Əgər şit, bayaqi tərif həqiqətən də sizə çox vacibdirsə bir saata yazib diqqətinizə təqdim edəcəm. 

İşlərinizə uqurlar arzusu ilə

Etibar Cəbrayıloğlu

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər