Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Xaliq Faiqoğlu” cəbhəyə göndərdiyi sürücülərin pulunu vermir? -  Şikayət + YENİLƏNİB
17 İyl 2021 09:32
7854

“Xaliq Faiqoğlu” cəbhəyə göndərdiyi sürücülərin pulunu vermir? - Şikayət + YENİLƏNİB

“Xaliq Faiqoğlu” şirkəti Vətən Müharibəsi zamanı cəbhə bölgəsinə göndərdiyi sürücülərin ezamiyyə pullarını verməkdən imtina edib.

Bu haqda “Yeni Sabah”a həmin sürücülər müraciət edib. Onlar bildiriblər ki, “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov bir müddət əvvəl mediaya verdiyi müsahibədə deyib ki, Vətən Müharibəsi zamanı cəbhəyə göndərilən bütün sürücülərin və texniki heyət üzvlərinin aylıq maaşları və digər sosial xərclərinin qarşılanması şirkət tərəfndən tam təmin edilib. “Göstərilən xidmətləri və çəkilən xərcləri vətən qarşısında borcumuz hesab edirik və məmnuniyyətlə vurğulmaq istəyirəm ki, Vətən müharibəsi dövründə “Xaliq Faiqoğlu” şirkəti üzərinə düşən hərbi-nəqliyyat vəzifələrini tam və qüsursuz icra edib”.

Lakin redaksiyamıza müraciət edən sürücülər bunun həqiqətəuyğun olmadığını bildiriblər: “Biz dörd sürücü sentyabrın 29-da şirkət tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi şöbəsinə, oradan da N saylı hərbi hissəyə göndərildik. Biz tapşırılan bütün xidmətləri yerinə yetirdik. Bizə bildirilmişdi ki, şirkətin İbrahim va İlyas adlı nümayəndələri bütün ezamiyyə xərclərini ödəyəcəklər. Lakin bu günə qədər bizə həmin pullar ödənməyib. 

Məsələ ilə bağlı Əmək Müfəttişliyinə müraciətimiz nəticəsiz qalıb. Şirkətin Musa adlı hüquqşünası hər dəfə müxtəlif bəhanələrlə bizi aldatmağa çalışır. Deyir 400-500 manat verək razılaşın”.

Müraciət edən şəxslər şirkətin Dünyamaliyev Ramazana 2650 manat, Haciyev Sunaya 3500 manat, Məmmədəliyev Elnura 2400 manat Sevdimaliyev Elvinə 2400 manat borclu olduğunu qeyd ediblər.  

***

Məsələ ilə bağlı “Xaliq Faiqoğlu şirkətindən “Yeni Sabah”a bildirilib ki, şikayətlə müraciət etmiş şəxslər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən səfərbərlik tapşırığına cəlb olunublar. 

Bununla bağlı xidmət tərəfindən şirkətə rəsmi müraciət daxil olub: “Adları qeyd edilən sürücülər də digər sürücülərlə birgə müvafiq qaydada cəbhəyə göndəriliblər. Beləliklə adları qeyd edilən sürücülər mülki sürücü kimi səfərbərlik tapşırığına cəlb ediliblər. 

Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 179-cu maddəsinin 2-ci hissəsinin “g” bəndinə əsasən (hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün hərbi və xüsusi toplanışlara və səlahiyyətləri daxilində hərbi komissarlıqların cəlb etdiyi digər hərbi tədbirlərdə iştirak) iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla müvəqqəti vəzifəsinin icrasından azad edilir və hərbi səfərbərlik tapşırığına cəlb olunduğu müddət ərzində ona orta əmək haqqı ödənilir. 

Qeyd edilən sürücülərin də iş yerləri saxlanılmaqla onlara qanunla təyin edilmiş bütün ödənişlər tərəfimizdən ödənilib. Lakin bir neçə sürücü müharibədən sonra, yəni səfərbərlik tapşırığının icrasından sonra evdə olduqları müddət üçün də əsassız olaraq ödənişlər tələb etməkdədirlər.

Sonda qeyd edək ki, şirkətimizin 100-dən çox sürücüsü səfərbərlik tapşırığının yerinə yetirilməsində iştirak edib. Həmçinin çoxsaylı nəqliyyat vasitələrimiz müharibə dövründə ordumuzun sərəncamında olub. Şirkətimizin nüfuzuna xələl gətirmək istəyən, əsassız məlumatlar yayan bu şəxslər barəsində qanunamüvafiq tədbirlər görüləcək”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər