Xalq artisti: “O qədər yalvardım ki...“

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti: “O qədər yalvardım ki...“

Şou

01 Avqust 2022 12:43 1169


Xalq artisti Təranə Muradova qastrol səfərlərinin birində dəhşətli qəza keçirdiyini açıqlayıb.

Yenisabah.az olay-a istinadla xəbər verir ki, sənətçi bu barədə “Onun sirri” proqramında danışıb.

Onun sözlərinə görə, hadisə Türkiyədə baş verib: Sezar pizza

“Dövlət rəqs ansamblı ilə birgə səfərə getmişdik. Böyük kollektivimiz var idi. Türkiyəyə təyyarə ilə yollandıq, amma şəhərləri avtobusla gəzdik. Bu səfər çox önəmli idi. Rəqs ansamblının afişaları, reklamları asılmışdı. Türkiyənin o vaxtki prezidenti də konsertə gəlməli idi.

Şəhərə dağların arası ilə gedirdik. Birdən qabaqda kimsə “tormoz” deyə qışqırdı. Mən də ikinci sırada otururdum, anladım ki, nəsə baş verir. Sonra bildim ki, əyləc tutmayıb. Onda əlimi göyə açıb Allaha dua etdim. O qədər yalvardım ki...

Bu, 20 dəqiqə davam etdi. Çoxları huşunu itirmişdi. Avtobus daşa dəyib dayandı. Sürücüyə baxanda gördüm ki, qara saçları ağappaq olub. Görün, o, necə şok keçirib.

Avtobusda 45 nəfərdən çox sənətçi əyləşmişdi, böyük bir tədbir olacaqdı. Amma hamımız birdən yox ola bilərdik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!