Xalq artisti yenidən xəstəxanaya yerləşdirilir

saytların hazırlanması

Evə çatdırılma

Xalq artisti yenidən xəstəxanaya yerləşdirilir

Mədəniyyət

16 Yanvar 2020 11:24 1703


Xalq artisti Rafael Dadaşov yenidən xəstəxanaya yerləşdiriləcək.    

“Yeni Sabah” xəbər verir ki, bu barədə Lent.az-a Xalq artistinin qızı müğənni Səidə Dadaşova xəbər verib. O, bildirib ki, atasının vəziyyəti normaldır:

“Rafael bəy hazırda ev şəraitində müalicə olunur. Həkimlərin nəzarətindədir. Ciyərinə su yığılmışdı, onu da çəkdilər. İndi dərmanlar, iynələr qəbul edir. Şükürlər olsun, müalicəsi müsbət istiqamətdə gedir. Amma yaxın günlərdə yenidən xəstəxanaya yerləşdiriləcək. Müalicəsi orada davam edəcək”. Toyuqlu pizza

Qeyd edək ki, R. Dadaşov dekabrın 2-də ürəyin işemik xəstəliyi infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdi.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!