Xalq artistindən Üzeyir-Alim duetinə münasibət - Görün nə dedi

saytların hazırlanması

Evə çatdırılma

Xalq artistindən Üzeyir-Alim duetinə münasibət - Görün nə dedi

Şou

03 Noyabr 2026 09:21 149


Faiq Ağayev Alim Qasımovun Üzeyir Mehdizadə ilə duet oxuması ilə bağlı fikirlərini bölüşüb.

“Yeni Sabah” xəbər verir ki, Xalq artisti Alim Qasımovun hər zaman fərqləndiyini xatırladıb:

“Alim bu səhnəyə gələndən eksperimentlər aparır. Məhz bu eksperimentlərin nəticəsində Alim Alim Qasımov oldu, bənzərsiz muğam ifaçısına çevrildi. İnternetdə və sosial şəbəkələrdə yayılan yazılardan belə başa düşdüm ki, Alim Qasımov bu müştərək ifanı uğurlu eksperiment hesab edir. Əgər özü bunu uğurlu sayırsa, biz ona nə deyə bilərik?! Toyuqlu pizza

Həmin ifanı dinləməmişəm. Qarşıma da çıxmayıb ki, dinləyim. Mövzunun müzakirə olunduğunu, özü də kifayət qədər qızğın müzakirələrin getdiyini eşitmişəm. Amma mahnının özünü dinləməmişəm”.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!