Yüksək vəzifəyə təyin olunan Rəşid Vəzirov kimdir?

saytların hazırlanması

Evə çatdırılma

Yüksək vəzifəyə təyin olunan Rəşid Vəzirov kimdir?

Sosial

02 Noyabr 2026 18:38 500


Xəbər verdiyimiz kimi, Vəzirov Rəşid Şamil oğlu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevə müşavir təyin edilib.

“Yeni Sabah” bildirir ki, nazirin yeni müşaviri 1979-cu il təvəllüdlü Rəşid Vəzirov Azərbaycan Tibb Universitetinin məzunudur, tibb üzrə fəlsəfə doktorudur.

Azərbaycan Diplomatik Akademiyasında (ADA Universiteti) və Yaponiyanın Fukuoka şəhərində xəstəxana idarəçiliyi üzrə təhsil və ixtisasartırma proqramlarında iştirak edib. Dördpendirli pizza

Respublika Diaqnostika Mərkəzində və Mərkəzi Neftçilər Xəstəxanasında müxtəlif vəzifələrdə, 2018-ci ilin noyabr ayından Respublika Diaqnostika Mərkəzinin icraçı direktoru vəzifəsində fəaliyyət göstərib.

O, uzun illər səhiyyə idarəçiliyi, beynəlxalq layihələrin əlaqələndirilməsi və irimiqyaslı tədbirlərin tibbi təminatının təşkili sahələrində çalışıb.

"Formula 1” yarışlarında tibbi təminat üzrə baş həkim, 2015-ci ildə Bakıda keçirilən Birinci Avropa Oyunlarının Təşkilat Komitəsində tibbi və antidopinq məsələləri üzrə rəhbər müavini olub. Həmçinin 2017-ci il İslam Həmrəyliyi Oyunları, COP29 və MDB Oyunları çərçivəsində tibbi məsələlər üzrə müşavir kimi fəaliyyət göstərib.

Əmək fəaliyyətinin müxtəlif dövrlərində Beynəlxalq Qızıl Xaç Komitəsində və QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondda da çalışıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!