Noyabrın 2-də Azərbaycanda polis əməkdaşları tərəfindən 50 nəfər cinayət törətməkdə şübhəli bilinərək saxlanılıb.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən gün ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması təmin olunub. pizza hut
Axtarışda olan 122 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 90 nəfəri borclu şəxs qismində axtarışda olub.
Həmçinin narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 6 fakt müəyyən edilib.
Telegram kanalımız