Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri Əli Həsənovun qızı Səfiyə Möhbəliyeva Dubayda qurduğu lüks biznesini milyon dollara satmaq təklifini qəbul etməyib.
"Yeni Sabah" yYeniavaz.com-a istinadla xəbər verir ki, Səfiyə Möhbəliyeva bu barədə sosial şəbəkə hesabında paylaşdığı videoda məlumat yayıb.
Əli Həsənovun qızı Dubayda fəaliyyət göstərən lüks təkrar satış platforması – “Gemaee” şirkətinin təsisçisi və rəhbəridir. O, şirkətini satmaq üçün 7 rəqəmli təklifdən imtina etdiyini bildirib. Marqarita pizza
S.Möhbəliyeva paylaşımında özünü elmlər doktoru (PhD), keçmiş professor və iki uşaq anası kimi təqdim edib. O, illər ərzində müxtəlif proseslərin necə işlədiyini öyrəndiyini, indi isə həmin prosesləri özü yaratdığını qeyd edib.
“Genişlikdən daha çox dərinliyə üstünlük vermək sadəcə bir strategiya deyil, bu, bir intizamdır”, – deyə o vurğulayıb.
Möhbəliyeva hazırda yeni mağaza üzərində işlədiyini də açıqlayıb. O, bu dəfə biznesinin yaradılması prosesini və pərdəarxası məqamları izləyiciləri ilə bölüşəcəyini bildirib.
Telegram kanalımız