Xalq artisti Alim Qasımov həyat yoldaşını qaçırtdığını açıqlayıb.
Yenisabah.az xəbər verir ki, “O kimdir?” verilişində qonaq olan ifaçı 20 yaşında həyat yoldaşını qaçırtdığını deyib:
"Onun qəlbini fəth etməmişəm, onu oğurlamışam. 8-ci sinfə qədər bir yerdə oxumuşuq. Savadlı idi, mən isə 2-3 alırdım. O, mənə yuxarıdan aşağı baxırdı. Dedim ki, necə ola bilər mənə baxmasın? Onu oğurlayacam və götürdüm qaçdım. Böyük qardaşları var idi, tutsalar, öldürəcəkdilər. 20 yaşım heç tamam deyildi. Ailədə söylədilər ki, bakılıdırlar, müasirdirlər, imkanları bizdən yaxşıdır. Bizə uyğun deyillər. Amma ailəmə söz verdim və onu qaçırtdım. İllər ötdükcə gördüm ki, bu, nə mənim, nə onun işidir. Allahın qismətiymiş ki, biz həyatı qoşa davam edək". Pepperoni pizza
Həmin görüntüləri təqdim edirik:
Telegram kanalımız