“Xaricdə Azərbaycan üçün savaşmaq istəyən minlərlə insan var” - Politoloq 
24 Sen 2020 17:59
267

“Xaricdə Azərbaycan üçün savaşmaq istəyən minlərlə insan var” - Politoloq 

“Ermənistan müxtəlif ölkələrin terrorçularını, o cümlədən ASALA və PKK-ya bağlı erməni batalyonlarını Dağlıq Qarabağa toplayır”. 

Yenisabah.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O qeyd edib ki, son məlumatlara görə, terrorçu YPG-nin nəzarətində olan və təxmini sayı 750 nəfərdən ibarət olan “Nübar Ozanyan” erməni əsilli suriyalılar artıq Dağlıq Qarabağda yerləşiblər:

“Belə olan halda bizə nə mane olur ki, türk legionu formalaşdırmayaq? Ordumuzla paralel türkdilli, o cümlədən dost dövlətlərdən Azərbaycan üçün savaşmaq istəyən minlərlə insan toplamaq olar. Qərb dövlətlərində də bu praktika var. Orduları da var, legionları və müqavilə əsasında çalışan hərbiləşdirilmiş şirkətlərlə əməkdaşlıqları da mövcuddur. Legionlarında müqavilə əsasında müxtəlif dövlətlərin vətəndaşları xidmət edir və yüksək maaş müqabilində ən çətin tapşırıqları yerinə yetirirlər. Bunu biz də edə bilərik. Bunun həm də geosiyası əhəmiyyəti var, Azərbaycanın tək olmadığını göstərərik”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər