Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Xəritələrin əldə edilməsi İlham Əliyevin diplomatik məharətinin növbəti uğurudur”
04 İyl 2021 14:06
567

“Xəritələrin əldə edilməsi İlham Əliyevin diplomatik məharətinin növbəti uğurudur”

3 iyul 2021-ci il tarixində Rusiya Federasiyasının təşəbbüsü ilə Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Elçin Mirzəbəyli danışıb.

O, qeyd edib ki, Azərbaycanın yürütdüyü siyasət nəticəsində Ermənistanın daxilində də məğlubiyyətə uğradılmış revanşçı qüvvələr, hərbi-siyasi cinayətkarlar və onların çoxsaylı informasiya resursları mina xəritələrinin ölkəmizə verilməməsi üçün geniş təbliğat aparır, ictimai rəyi bu istiqamətdə kökləməyə çalışır, siyasi hakimiyyəti ən müxtəlif yollarla təhdid edirdilər.

Elçin Mirzəbəyli bildirib ki, tank və piyada əleyhinə minalara dair xəritələri əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur:

"Lakin bütün bunlara baxmayaraq, Azərbaycan Ağdamdan sonra ermənilərin Füzuli və Zəngilan rayonlarının ərazisində basdırdığı tank və piyada əleyhinə minalara dair xəritələri əldə edə bildi. Şübhəsiz ki, bu, Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözügedən məsələ ilə bağlı açıqlamasında qeyd olunduğu kimi, mina xəritələrinin əldə edilməsi işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Prezidenti tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrinin həyata keçirilməsini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.

Sirr deyil ki, ermənilərin torpaqlarımıza zəhərli toxum kimi səpələdikləri tank və piyadalar əleyhinə minalar işğaldan azad edilmiş ərazilərimizin bərpasına, infrastruktur layihələrinin tez bir zamanda həyata keçirilməsinə ciddi maneələr yaradır. Bununla yanaşı, hər bir Azərbaycan vətəndaşının həyatı dövlətimiz üçün dəyərlidir və 92 min minanın xəritələrinin əldə olunması onminlərlə vətəndaşımızın həyatının xilas edilməsi, bölgədə təhlükəsizliyi təmin edən, infrastruktur layihələrinin icrasında iştirak edən həmvətənlərimizin həyat və sağlamlıqlarının qorunması deməkdir".

E.Mirzəbəyli bildirib ki, Ağdamdan sonra Füzuli və Zəngilan ən çox minalanmış ərazilər sayılırlar:

"Həmçinin nəzərə almaq lazımdır ki, bölgədə həyata keçirilən və keçirilməsi nəzərdə tutulan strateji əhəmiyyətli infrastruktur layihələri Ağdam və Füzulu rayonlarının ərazisindən keçir. Bizim üçün mühüm önəm kəsb edən Zəngəzur dəhlizi layihəsinin tez bir zamanda gerçəkləşməsi üçün sözügedən rayonlardakı bərpa, yenidənqurma işlərinin sürətlə reallaşdırılmasına ehtiyac var və bu, bölgənin gələcəyi üçün də həyati əhəmiyyətə malikdir.

Məhz bu səbəbdən, Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırılmış minaların xəritələrinin əldə edilməsi ölkəmiz üçün strateji önəm kəsb edirdi və buna da nail olundu".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər