Sumqayıtda qardaşı arvadını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər Prokurorluğu məlumat yayıb.
Avqustun 9-da saat 12 radələrində Sumqayıt şəhərində yerləşən xəstəxanalardan birində müalicə alan 2001-ci il təvəllüdlü Cəmilə Rəsulovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Marqarita pizza
Araşdırmalarla 1998-ci il təvəllüdlü İsrail Rəsulovun bıçaqla xəsarət yetirərək qohumu Cəmilə Rəsulovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
İsrail Rəsulov iş üzrə şübhəli şəxs qismində tutulub.
Telegram kanalımız