Xəstəxanaya yerləşdirildiyi deyilən icra başçısı ilə bağlı AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Xəstəxanaya yerləşdirildiyi deyilən icra başçısı ilə bağlı AÇIQLAMA

Siyasət

23 Dekabr 2019 08:51 1136


“Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun səhhəti ilə bağlı yayılan məlumatlar yalan və iftiradır”.

"Yeni Sabah" bildirir ki, bu barədə “Report”un Cənub Mərkəzinə Lənkəran Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, icra başçısı Taleh Qaraşov hazırda iş başındadır: “Bəzi saytlarda və xəbər portallarında Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun səhhəti ilə əlaqədar xəstəxanaya yerləşdirilməsi ilə bağlı yalan və əsassız xəbərlər dərc edilib. Taleh Qaraşov öz iş fəaliyətini normal şəkildə davam etdirir, heç bir xəstəlikdən də əziyyət çəkmir. Bu məlumat yalnız ictimaiyyətdə və oxucularda çaşqınlıq yaratmaqdan başqa bir şey deyil. Odur ki, dəqiqləşdirlmədən icra başçısı haqqında böhtan xarakterli xəbərləri dərc edən saytlar dərhal təkzib verməli və xəbər yazarkən diqqətli olmadırlar”. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!