"Xəzər TV"nin əməkdaşlarına hücum edildi - Video

Sent 17, 2019 22:00
Oxunma sayı: 181

"Xəzər TV"nin əməkdaşlarına hücüm olub.

"Yeni Sabah" xəbər verir ki, hadisə Kürdəmir rayonunda çəkliş zamanı baş verib.

Xəzər Xəbərin Bölgə müxbiri Rəşid Rəşidov Bakı Qazax magistral yolunun kənarında olan restoranların birində çəklişdə olan zaman, mətbəxin hər tərəfi çirkab içərisində olduğunu lentə alıb.

Qab-qaşıqdan tutmuş döşəmə və divara qədər hər yer çirkli olmasının şahidi olub. Ət məhsullarının antisanitar şəraitdə saxlanılmasını çəkən zaman jurnalistlər hücuma məruz qalıb.

Yenisabah.az