“Xırda xərclər həmişə diqqətdən qaçır, amma təbii ki, büdcədə böyük rol oynayır. Xüsusilə fərdi sahə ilə məşğul olan şəxslərə baxsaq, məsələn, bərbər, gözəllik salonu və dərziliklə məşğul olan şəxslərdə bu xərclər daha artıqdır”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib.
Onun sözlərinə görə, bir müddət öncə sahibkarla təlim prosesi olub və həmin təlim zamanı məlum olmuşdu ki, təkbaşına bərbərliklə və ya ustalıqla məşğul olan şəxslərin orta aylıq gəlirləri 1 500-2 000 manatdırsa, bunun təxminən 300-400 manata yaxın hissəsi gündəlik xərclərə və iş üçün lazım olan vəsaitlərə gedir: pizza mizza
“Gündəlik olaraq tütün məmulatlarından istifadə edənlər, nəqliyyatdan yararlananlar, su alanlar, nahar edənlər və s. bu kimi xırda xərclərin qeydini aparmırlar. Bu da sonda kifayət qədər böyük məbləğdə xərclərə gətirib çıxarır.
Əslində, xərclərin azaldılmasının bir neçə yolu var. Onlardan biri gündəlik xərcləri qeyd etməkdir. Daha sonra isə növbəti dövrdə həmin xərclərin nə dərəcədə vacib olub-olmadığına diqqət yetirmək lazımdır”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız