Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Xocavənd sakini 8 kq narkotiklə tutuldu
30 Avq 2021 14:57
415

Xocavənd sakini 8 kq narkotiklə tutuldu

Ağcabədi Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən "Yeni Sabah"a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Xocavənd kənd sakini İlqar Xankişiyev saxlanılıb.

Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan 18 ədəd çətənə bitkisi və 7 kiloqram 635 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər