Türk dünyasının tanınmış sənətçisi Ozan Arif 69 yaşında vəfat edib.
"Yeni Sabah" Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçi müalicə olunduğu Samsun Ondokuz Mayıs Universitetinin tibb fakültəsinin xəstəxanasında dünyasını dəyişib.
Qeyd edək ki, Ozan Arif Azərbaycanda “Ya Qarabağ, Ya Ölüm” şeirinə görə tanınıb. O, bu şeiri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə və Dağlıq Qarabağ, eləcə də, ətraf rayonlarının işğalına həsr edib. Şeir 1992-ci ildə yazılıb. pizza hut
Telegram kanalımız