Bu gün Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarının ümumrespublika müşavirəsi keçirilib.
“Yeni Sabah” xəbər verir ki, müşavirədə çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov 2019-cu ilin ölkəmiz üçün əhəmiyyətli il olacağını bildirib. YAP Sədrinin müavini deyib ki, 2019-cu ildə sosial sferada həyata keçirilən islahatlar və sosial siyasət davam edəcək. Onun sözlərinə görə, bundan sonra da sosial qayğıya ehtiyacı olan təbəqələr dövlət tərəfindən yenə də diqqət mərkəzində olacaq. Mümkün qədər onların həyatının yaxşılaşması üçün addımlar atılacaq: “Yeni Azərbaycan Partiyası olaraq biz hökümətin bu siyasəti geniş ictimaiyyət arasında təbliğ etməliyik. İnsanlarımız Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin sosial mahiyyətini aydın şəkildə dərk etməlidir. Bu siyasətin mərkəzində insan amili dayanır. Digər tərəfdən, həyata keçirilən islahatlarr dövlətin qüdrətini artırır. Bundan sonra da islahatların həyata keçirilməsi sayəsində iqtisadiyyatımız daha da möhkəmlənəcək, dövlətin iqtisadi qüdrəti daha da artacaq və dövlət vətəndaşların rifahının yüksəldilməsi istiqamətində atacağı addımları daha da genişlənəcək”.
Müşavirədə Əli Əhmədov partiyanın rayon və şəhər təşkilatlarının sədrlərinə tövsiyələrini verib. Dominos pizza
Telegram kanalımız