“Yapışıblar ki, niyə filan yazıçı bizim kimi patriotluq etmir?”

saytların hazırlanması

Evə çatdırılma

“Yapışıblar ki, niyə filan yazıçı bizim kimi patriotluq etmir?”

Yazar

14 Mart 2024 12:35 46753


Gənc yazar Orxan Saffarinin keçmiş əsgərimizin vaxtilə Laçında yaşamış erməni qızı ilə bağlı yazdığı hekayə ciddi narazılığa səbəb olub. 

Müəllifin bu yaxınlarda “Qanun” Nəşrlər Evində çap olunacaq “20-ci sahə” kitabından olan hekayədə azərbaycanlı əsgərin erməni qızını görmədən ona aşiq olmasından, daha sonra sosial şəbəkədə həmin qızı taparaq ünsiyyət qurmasından bəhs edilir. 

Qocaman yazıçı Əkrəm Əylisli sərt reaksiyalarla üzləşən hekayə ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşüb.

Vaxtilə “Daş yuxular” əsərinə görə, ciddi etirazlarla üzləşən Ə.Əylisli gənc yazıçının hekayəsinin qalmaqal yaratmasına təəccüblənmədiyini bildirib:

“Bu mövzu ətrafında danışa biləcək insanlar sırasında mən ilk yeri ala bilərəm, bioqrafiyam hər kəsə məlumdur. Əlbəttə, mən istərdim ki, iki xalq arasında yaxınlaşma, bir-birini anlama olsun. Düşünürəm ki, biz bir yerdə yaşamaqdan ziyan çəkməzdik, əksinə, Qafqazda üç xalq  bir yerdə olsaydı, çox zəngin və mehriban yaşayardılar. Amma tarix elə də yaxşı gətirmədi. 

Sözügedən hekayənin səs-küy yaratmasına isə təəccüblənmirəm. Bu dünyanın qəribə işləri var, elə bir vaxt gəlir ki, insanlar hamısı özünü patriot kimi göstərməyə çalışır. Vaxtilə “Daş yuxular”a görə özünü patriot kimi göstərməyə çalışan minlərlə insan tapıldı. Elə adam qalmadı ki, əsərdən istifadə edib patriotluğunu “təsdiqləməsin”. 

Hansı ki, həmin adamlar əsəri heç oxumamışdılar. O əsər Azərbaycan dilində çap olunmayıb. Əsər rusca bir jurnalda çap edilmişdi, onu oxuyan çox az idi. Belə zamanlar tarixdə çox olub, bəzən birdən-birə insanlarda özünü göstərmək ehtirası qalxır. Bu zaman bir nəfər seçir və öz patriotluqlarını sübut etməyə çalışırlar”. 

Ə.Əylisli uzun illər əvvəl də yazdıqlarına görə, tez-tez “hücumlara” məruz qaldığını bildirib: 

“Əslində həmin vaxt “Daş yuxular”a etiraz edənlər mənim əlimdən çoxdan yığmışdılar və qisas almaq üçün ölürdülər. Onlar bu mövzudan bir dəfə yox, dönə-dönə istifadə etdilər, bundan maksimum dərəcədə faydalandılar. Mən o insanları yaxından tanıyırdım, məsləkini də, məqsədini də bilirdim. Lakin bu zəmində özünə şöhrət qazanmaq, əl çaldırmaq mənə məlum şeylər idi, çünki bunu ilk dəfə yaşamırdım. 

O vaxt "Kür qırağının meşələri" povesti çap olunanda da mənə qarşı hücumlar olmuşdu, Mərkəzi Komitə ayağa qalxmışdı ki, burada millətçilik ruhu var. Amma o əsərdə heç bir millətçilik ruhu yox idi. Mərkəzi Komitənin ideologiya katibi ilə danışanda ona izah etdim ki, əsərdə dediyiniz millətçilik ruhu yoxdur, qulaq asandan sonra Bakı ləhçəsi ilə dedi: “bunu ələnçinə yaz ki, biz də başa düşey də”. Yəni məsələ belədir, insanlar çox vaxt başa düşmədən nə isə danışırlar”. 

Yazıçı son illər insanların nifrətlə dolu olmasından məyus olduğunu qeyd edib: 

“Bu gün bütün dünyada şeytani əməllər çoxalıb. Bir tərəfdə İsrail fələstinliləri qırır, başlarına oyun açıb, digər tərəfdə Rusiya Ukraynada müsibət yaradır...

İndi elə bir zəmanədir ki, adam az qalır öz dediyinə özü də inanmasın. Orxan Saffari azərbaycanlı oğlanla erməni qızı arasında sevgi yaşanmasını istəyib, bu onun niyyəti, arzusudur. Bu, xoş arzudur. İnsan arzusuna qarşı da hücum etmək olar?! Getsinlər korrupsiyaya, riyakarlığa, ikiüzlülüyə, yaltaqlığa, yalana, şər qarşı etiraz etsinlər. Sadaladıqlarım bu gün bütün ölkəni az qala sel kimi götürüb aparır, amma bu insanlar yapışıblar ki, niyə filan yazıçı bizim kimi patriotluq etmir? Bunlar hamısı gülünc və ağrılı durumdur. 

Onsuz da biz nə vaxtsa, yenə bir yerdə yaşayacağıq, belə etmək olmaz. Axı biz sülhdən danışırıq, sözü bir yerə qoymaq istəyirik”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Qərənfil
    Qarı düşmən dost olmaz! Manqurt deyilik. Tarixin səhvlərindən dərs almadıqmı hələ də? Gələcəkdə olacaqlar bir yana, şəhidlərin ruhu bizi bağışlamaz!
    2 years ago
  • Mehdi
    Qoy erməni desin ki, türklər bizim dostumuzdur. Onda bu barədə danışarıq.
    2 years ago
  • Mahir
    Yenə başladılar keçmiş rus siyasətinə...? Öhd olmadı? Yenə milləti gələcək qırğına hazırlayırsınız? Daha o zamanlar ötdü heç vaxt buna yol verməyin....
    2 years ago
  • Samir
    Salam.Məns erməni ilə sülh şəklində yaşamaq qəti lazım deyil.Nəinki mənə Azərbaycan xalqına.Onların iç üzü bizə qarşı müharibə şəraitində bilindi.O millət bizə azcanada hörmət etsəydi 13-14 yaşlı qız və gelinlerimizi ata-ana və ər gözü qabagında zirlamazdılar.Ey şərəf ləyaqətini itirənlər və erməni ilə qucaqladıb öpusmək üçün darıxanlar i əsr və şəhidlərin ata,anaların yerinə özünuzu qoyun və ya o zülmü bir günlük yaşatsınlar sizə ondan sonra agız dolu danısin
    2 years ago
  • Elnur
    Götək ermənilər də bizim kimi dostluğa mehribanlığa çalışırlarmı Onlara belə şeyi demək olarmı Ay millətin düşmənləri təzədən erməniyə dost deməyin
    2 years ago
  • Hafiz
    ERMƏNİYNƏN DOST, QONŞU OLMAQ İSTƏYƏN, GETSİN ERMƏNİSTANA. ERMİNİ ADLI MİLLƏTNƏN BİR YERDƏ YAŞAMAQ MÜMKÜN DEYİL. VƏSSALAM!!!!!
    2 years ago
  • Hafiz
    Bunun qanlnl yoxladınlar. Xarab qanlı var.ona görə ermini sevgidi var bunda
    2 years ago
  • Fariz
    əkrəm əylislinin oğlunu erməni güllələsəydi, yenə dostluqdan danışardı? Neqativ aurası var, xarici görünüşü də erməniyə oxşayır.
    2 years ago
  • Ülviyyə İsgəndərova
    Erməni ilə dostluq qonşuluq etmək və sülh şəraitində yaşamaq mümkün deyil. Biz özümüzü aldatmayaq. Ermənilər bizim DÜŞMƏNİMİZDİR......
    2 years ago
  • Əhmədağa
    Nifrətdə, məhəbbətdə Allahın nemətlərindəndir, kaş bu hissləri ONUN istədiyi yöndə həyatımıza tətbiq edə bilsək!
    2 years ago
  • Abbas
    Ermənilər artıq İranın Bəlucistan vilayətini nişangaha götürüblər. Siyasətlərini buranı elə keçirmək istiqamətində qururlar. Yəni bir xalq kimi onlarla qonşu olmaq fikrini heç yaxın buraxmayın, heç lazım deyillər. Bu tipli əsərləri düşünməyin, cavanların beynini zəhərlənmənin.
    2 years ago