Saatlıda Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı çərçivəsində “Saatlı rayonunun Mollavazlı kəndində suvarma sisteminin təchizatı” layihəsi üzrə müqavilə imzalanıb.
“Yeni Sabah” xəbər verir ki, Saatlı rayon İcra Hakimiyyətində “Saatlı rayonunun Mollavazlı kəndində suvarma sisteminin təchizatı” və “Saatlı rayonu tullantıların idarə olunması sisteminin tikintisi” layihələrinin imzalama mərasimi keçirilib. Mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, layihələri həyata keçirəcək yerli QHT “Davamlı İnkişafa Doğru” İctimai Birliyinin rəhbəri Namiq Heydərov və “İnkişaf 2006” Sosial Dəstək İctimai Birliyinin rəhbəri Fizuli Abiyev iştirak edib. Mərasimdə çıxış edən səfir Teruyuki Katori layihənin reallaşması nəticəsində, istifadəsiz qalmış əkin sahələrinin təkrar istifadəsinin həyata keçəcəyinə ümid etdiyini və tullantıların idarə olunması sistemi vasitəsilə ictimai sağlamlıq mühitinin inkişafını gözlədiyini vurğulayıb.
Qeyd olunub ki, qrant yardım çərçivəsində layihələrinin dəyəri ümumlikdə 178 min 408 ABŞ dolları təşkil edəcək. Layihə Saatlı rayonunda “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” Proqramı çərçivəsində həyata keçirilən sayca altıncıdır. Bu vaxta qədər layihələr üzrə imzalanmış müqavilələrin sayı 242 və ümumi dəyəri isə 20 milyon ABŞ dolları təşkil edir. “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı İnsan Təhlükəsizliyi ideyasına əsaslanaraq, inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişafa dəstək göstərir. pizza sifarişi
Telegram kanalımız