Yəməndə vəziyyət qəfil dəyişdi: Husilər strateji limanı ələ keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Yəməndə vəziyyət qəfil dəyişdi: Husilər strateji limanı ələ keçirdi

Dünya

14 Sentyabr 2026 16:04 76


Yəməndə İranın dəstəklədiyi husilər ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri arasında döyüşlər yenidən şiddətlənib.

“Yeni Sabah” xəbər verir ki, husilər ölkənin qərbində həyata keçirdikləri hücumlar zamanı çox sayda hökumət əsgərini əsir götürüb. Yayılan görüntülərdə hərbçilərin silahlı şəxslərin nəzarətində ərazidən aparıldığı görünür. Lakin əsirlərin dəqiq sayı hələlik açıqlanmayıb.

Husilərin Hays və Əl-Havha bölgələrində irəliləyərək strateji Muha limanını ələ keçirdiyi bildirilir. Qruplaşma daha sonra Babülməndəb boğazı ətrafında, o cümlədən Perim adasında mövqelərini gücləndirib. pizza mizza

Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr son həftələrdəki döyüşlərdə 500-dən çox hökumət əsgərinin öldüyünü, husilər tərəfdən isə təxminən 1000 döyüşçünün həyatını itirdiyini açıqlayıb. Bu rəqəmlər müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Husilərin irəliləyişindən sonra Səudiyyə Ərəbistanının hava hücumlarını artırdığı, husilərin isə raket və PUA-larla cavab verdiyi bildirilir.

Qeyd edək ki, qarşıdurmalar Qırmızı dənizdə təhlükəsizliklə bağlı narahatlıqları da artırıb. Babülməndəb boğazı beynəlxalq dəniz ticarəti üçün mühüm marşrutlardan biridir.

Aydan Hacı  Formanın Yuxarısı

Formanın Aşağısı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!