Nazirlikdən əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ:   Güclü külək, leysan və sel gözlənilir

saytların hazırlanması

Evə çatdırılma

Nazirlikdən əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ: Güclü külək, leysan və sel gözlənilir

Sosial

05 Noyabr 2026 11:15 104


Azərbaycanda yaxın günlərdə hava şəraiti kəskin dəyişəcək. Güclü külək, intensiv yağış, şimşək, bəzi dağ çaylarında isə sel və daşqın təhlükəsi gözlənilir.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) "Yeni Sabah"a məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin proqnozuna əsasən, günün ikinci yarısından başlayaraq respublikanın müxtəlif bölgələrində, o cümlədən Bakı və Abşeron yarımadasında qeyri-sabit hava şəraiti müşahidə olunacaq. Sezar pizza

FHN güclü küləklə əlaqədar əhaliyə bir sıra təhlükəsizlik qaydalarını xatırladıb. Vətəndaşlara yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəklərinin, naqillərinin və hündür ağacların altında dayanmamaq tövsiyə edilib.

Nazirlik küləkli havada yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb. Kiçikhəcmli gəmi istifadəçilərinə isə belə hava şəraitində dənizə çıxmağın qadağan olduğu xatırladılıb.

İntensiv yağışlar səbəbindən çaylarda sel və daşqın, eləcə də bəzi ərazilərdə subasma təhlükəsi yarana bilər. FHN sakinlərə təhlükəli ərazilərdən uzaq durmağı, belə hallarla qarşılaşdıqda dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı və xilasedicilərin göstərişlərinə əməl etməyi tövsiyə edib.

İldırım təhlükəsinə qarşı da bir sıra tədbirlərin görülməsi vacib sayılıb. Belə ki, ildırım çaxarkən elektrik cihazları şəbəkədən ayrılmalı, telefonla danışmaqdan çəkinilməli, açıq ərazidə elektrik xətlərindən, ildırımötürücülərdən, navalçalardan, antenalardan və hündür ağaclardan uzaq durulmalıdır.

Avtomobildə olan şəxslərə isə hərəkəti dayandıraraq şüşələri qaldırmaq və ildırım təhlükəsi sovuşanadək gözləmək tövsiyə olunub.

FHN təhlükə ilə qarşılaşan vətəndaşları 112 qaynar xəttinə zəng etməyə çağırıb.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!