Yeni inşa edilmiş yaşayış binasında mənzil sahibi olmaq istəyən hər kəs daşınmaz əmlaka dair çıxarışın verilib verilməyəcəyi ilə bağlı dəqiq məlumatı əvvəlcədən öyrənə bilər.
“Yeni Sabah” xəbər verir ki, bu, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşların istifadəsinə verilmiş “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” adlı elektron xidmət ilə mümkündür.
Mənzil alınmasından öncə elektron xidmətdən faydalanmaq istəyən şəxslər Komitənin Elektron Xidmətlər Portalında (e-emdk.gov.az) 8-ci elektron xidmət olan “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” bölməsinə daxil ola bilər. Hər bir vətəndaş onu maraqlandıran daşınmaz əmlakın ölkə üzrə yerləşdiyi şəhər, rayon, qəsəbə və ya kəndi müvafiq bölmələrə daxil etməlidir. Çoxmərtəbəli yaşayış binasının yerləşdiyi küçəni və aid olduğu tikinti şirkətinin (MTK) adını qeyd edərək həmin bina üzrə mənzillərin dövlət reyestrindən çıxarışının mövcudluğu barədə məlumatı dərhal əldə etmək mümkündür. pizza mizza
Telegram kanalımız