Yeni icra başçısı birinci müavini işdən çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Yeni icra başçısı birinci müavini işdən çıxardı

Rəsmi

16 Noyabr 2019 07:56 5444


Ağsu rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rasim Novruzov vəzifəsindən azad olunub. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Trend-ə İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, icra başçısının 1-ci müavini Rasim Novruzov öz xahişi ilə vəzifəsindən azad edilib. R.Novruzov səhhəti ilə bağlı ərizə yazıb və icra başçısına təqdim edib, vəzifəsindən azad olunmasını xahiş edib. Toyuqlu pizza

Qeyd edək ki, R.Novruzov həmçinin Rayon Fövqəladə Hallar Komissiyasının sədri idi.

Hazırda onun yerinə təyinat yoxdur.

Qeyd edək ki, Vahid Tağıyev 30.09.2019-cu ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Ağsu rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!