Ağsunun yeni icra başçısı Vahid Tağiyev Bico kəndinin sakinləri ilə səyyar qəbul təyin edib.
Bu barədə “Yeni Sabah”a kənd sakinləri məlumat verib. Onların sözlərinə görə, qəbul oktyabrın 8-nə təyin edilib. Kənd sakinləri icra başçısının onların problemlərinə operativ reaksiyası verməsindən məmnundurlar.
“Biz ümid edirdik ki, Vahid Tağıyev əvvəlki icra başçısı Ənvər Seyidəliyevdən fərqlənəcək. Ümidlərimiz özünü doğrultdu. İcra başçısı problemlərimizlə yerində tanış olmaq istəyir və bu çox sevindirici haldır”,- deyə kənd sakinləri bildirib. pizza mizza
Xatırladaq ki, əsasən maldarlıqla məşğul olan Bico kəndinin sakinləri örüş yerlərinin kənar şəxslərə icarəyə verilməsindən şikayətçidir. Onların sözlərinə görə, keçmiş icra başçısının göstərişi, bələdiyyə sədri və icra nümayəndəsinin fəal iştirakı ilə kəndin örüş yerləri kənar şəxslərə icrayə verilib. Bu azmış kimi kəns sakinlərinin kol-kosdan təmizləyərək əkinə yararlı hala gətirdikləri ərazilər də zəbt olunub. Bico kəndinin sakinləri problemlə əlaqədar prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıblar.
Telegram kanalımız