Yeni nazir təyin olunan Anar Əliyevin atasından AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Yeni nazir təyin olunan Anar Əliyevin atasından AÇIQLAMA

Siyasət

07 Fevral 2025 23:45 908


"Oğlumun nazir təyin edilməsi xəbərini saytlarda gördüm. Görən kimi zəng edib təbrik etdim. Cənab Prezident İlham Əliyevə təşəkkür edirəm".

Yenisabah.az xəbər verir ki, bu sözləri Kulis.az-a açıqlamasında Anar Əliyevin atası, filologiya elmləri doktoru, ədəbiyyatşünas, yazıçı Rəhim Əliyev deyib.

O bildirib ki, oğlunun nazir təyin ediləcəyinə inamı var idi.

"Anar Sahil Babayev nazir olandan sonra nazir müavini təyin edilmişdi. Onlar birlikdə böyük işlər görə bildilər. İnanıram ki, Anar Prezident İlham Əliyevin onlara həvalə etdiyi bu xətti davam etdirəcək. Bu, heç də asan deyil, amma oğluma inamım böyükdür".


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!