“Xahiş, ricam odur ki, heç vaxt şəxsi həyatımdan danışmayın. Bu hallar hamıda baş verir və verəcək də... Necə gecə-gündüz varsa, müsbət-mənfi varsa, ailə qurmaq da, dağıtmaq da var. Bu ağzı bağlı boxçadır. Bilinmir içərisində nə olacaq, heç kim həyatda sığortalanmayıb. Bu həyatda mənim üzümü güldürən qız övladımdır”.
"Yeni Sabah" xəbər verir ki, bu sözləri müğənni Əbdül Xalid ARB TV-nin “Show news” verilişinə açıqlamasında deyib. Şəxsi həyatından və boşanmasından danışan sənətçi ikinci dəfə ailə qurması haqda suallarrı cavablandırıb:
“Mənim üçün ən vacib sadiqlikdir. İnsan hər bir şeyə dözməlidir. Hələ yenidən ailə qurmağı düşünmürəm, çünki özüm hazır olmalıyam. Hazır olacağım zamanı isə bilmirəm. Bu 1 ay, 5 ay, 1 il ola bilər, dəqiq deyə bilmərəm. Amma ailə həyatı quracam, bu təbiidir. Çünki, həyat davam edir. Bu məsələdə mənim övladımın fikri çox önəmlidir”. pizza hut
Telegram kanalımız