Yoluxma sayı yenidən arta bilər   - XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

Yoluxma sayı yenidən arta bilər - XƏBƏRDARLIQ

Sosial

10 Fevral 2021 13:49 582


Koronavirus xəstələrinin ictimai yerlərdə aşkar edilməsi hallarının artması cəmiyyəti daha təhlükəli vəziyyətlə üz-üzə qoya bilər.

Yenisabah.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Aygül Əliyeva deyib.

İnfeksionist bildirib ki, qorunma tədbirlərinə ciddi riayet etməliyik: pizza sifarişi

"Burada əsas məsələ vətəndaş məsuliyyətsizliyi durur. Əgər bir şəxs koronavirus xəstəsi olduğunu bilərək ictimai yerlərə gedib, insanlarla təmasda olmaqdan çəkinmirsə, belə insanlar ciddi şəkildə cəzalandırılmalıdır. Həmin şəxs özünü çox rahat hiss edə bilər, amma bilməlidi ki, yoluxdurduğu hər hansı bir şəxsin xəstəliyi daha ağır vəziyyətdə keçirməyinə və hətta ölümünə səbəb ola bilər.

Hər zaman qeyd edirik ki, asemptomatik xəstələr özləri də bilmədən digər insanları yoluxdura bilirlər. İctimai yerlərdə giriş zamanı hər kəsin temperaturuna nəzarət olunur. Bu, o demək deyil ki, həmin şəxsin temperatur göstəricisi normaldı deyə rahat ola bilərik. Buna əsasən yenə qeyd etmək istəyirəm ki, ictimai yerlərə getdiyimiz zaman əsas qorunma tədbirlərinə ciddi riayet etməliyik. Əks halda yenidən yoluxan xəstə sayının kəskin artması ilə qarşılaşa bilərik".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!