Zaqatalada fındıq oğrusu tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada fındıq oğrusu tutuldu

Kriminal

04 Mart 2019 14:50 941


Zaqatala Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Aşağı Tala kənd sakini  martın 2-də onun evinin həyətyanı sahəsindən 7 kisə fındığın oğurlanması barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Yeni Sabah"a verilən məlumata görə, daxil olmuş müraciət əsasında RPŞ əməkdaşlarının isti izlərlə  keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluğu edən şəxs müəyyən olunub və şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Ətrafında aparılan araşdırmalar zamanı onun Zaqatala rayon sakini 29 yaşlı Mühiddin Tahirov olduğu müəyyən edilib.  Dindirilmə zamanı M. Tahirov ümumi çəkisi 210 kq olan 7 kisə fındığı oğurladığını etiraf edib.

Faktla bağlı araşdırma aparılır. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!