Zelenski gələn ay Almaniyaya gedəcək 

saytların hazırlanması

Evə çatdırılma

Zelenski gələn ay Almaniyaya gedəcək 

Dünya

09 Aprel 2023 11:42 594


Ukrayna prezidenti Volodimir Zelenski gələn ay Böyük Karl mükafatına layiq görüləcəyi Almaniyaya səfər edə bilər. 

Yenisabah.az xəbər verir ki, bu barədə Almaniyanın "Bild" nəşri yazıb.

Bu mükafat ona Avropanın birləşməsinə verdiyi töhfəyə görə verilir. Qəzet yazır ki, bu il təkcə öz ölkələrini deyil, həm də Avropa və Avropa dəyərlərini qoruduqlarına görə Zelenski və Ukrayna xalqının mükafatlandırılması qərara alınıb. Sezar pizza

Zelenskiyə mükafatın təqdimatı Böyük Karlın iqamətgahının olduğu Almaniyanın Axen şəhərində keçirilməlidir. Mərasimdə Almaniya kansleri Olaf Şolts da çıxış edəcək.

Səfər baş tutsa, bu, Zelenskinin müharibə başlayandan bəri Almaniyaya ilk səfəri olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!