“Zelenskinin məhv edilməsindən başqa seçim qalmadı” - Medvedev

saytların hazırlanması

Evə çatdırılma

“Zelenskinin məhv edilməsindən başqa seçim qalmadı” - Medvedev

Dünya

03 May 2023 21:14 1009


Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Kremlə hücumuna cavab olaraq Ukrayna prezidenti Volodimir Zelenskinin və onun komandasının məhv edilməli olduğunu bildirib.

Yenisabah.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə o, özünün "Telegram" kanalında yazıb.

“Bugünkü terror aktından sonra Zelenski və onun kabinetinin fiziki məhv edilməsindən başqa heç bir seçim qalmadı. Hətta qeyd-şərtsiz təslim olma aktını imzalamağa belə ehtiyac yoxdur”, – o qeyd edib. pizza

Xatırladaq ki, Rusiya dünən gecə Kremlə PUA ilə hücum edildiyini açıqlayıb. Moskva hücuma görə Ukraynanı günahlandırıb. Kiyev isə ittihamları rədd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!