Zəlzələ ilə bağlı RƏSMİ bəyanat yayıldı

Zəlzələ ilə bağlı RƏSMİ bəyanat yayıldı

Rəsmi Veb saytların hazırlanması

13 Fevral 2019 00:39 957


AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi zəlzələ ilə bağlı bəyanat yayıb.

“Yeni Sabah” xəbər verir ki, bəyanatda 5 fevral 2019-cu il tarixində Ağsu və Şamaxı rayonlarında baş verən zəlzələlərdən sonra ərazidə afterşokların qeydə alınmasının davam etdiyi bildirilir. Mərkəz tərəfindən zəlzələ bölgəsində hiss olunan afterşoklar və hazırki vəziyyətlə bağlı ictimaiyyətə müntəzəm olaraq məlumat verilir: “Təəssüflə qeyd etmək istəyirik ki, sosial şəbəkələrdə bəzi insanlar əhali arasında yersiz təxribat və təşviş hissi yaratmaq məqsədi ilə Azərbaycanda güclü və dağıdıcı zəlzələlərin olacağına dair əsassız məlumatlar yayırlar. Bu isə insanlarda yersiz qorxu və narahatçılıq yaradır.

Respublika Seysmoloji Xidmət Mərkəzi olaraq bəyan edirik ki, zəlzələ bölgəsində afterşokların davam etməsinə baxmayaraq, hər hansı güclü və dağıdıcı zəlzələlər gözlənilmir. Əvvəlcədən də bildirdiyimiz kimi qeydə alınan afterşoklar arasında hiss olunanların olması mümkündür və bir neçə belə təkan qeydə alınıb. Bu barədə ictimaiyyətə RSXM-nin rəsmi internet səhifəsi və KİV vasitəsi ilə operativ şəkildə məlumatlar çatdırılır. Hazırda bölgədə seysmoloji müşahidələr davam etdirilir. Qeydə alınan hiss olunan təkanların güclü və dağıdıcı olmaq ehtimalı yoxdur.

Odur ki, bütün ictimaiyyəti, KİV-ləri və vətəndaşlarımızı hər hansı təxribat xarakterli xəbərlərə inanmamağa, zəlzələyə dair məlumatları yayarkən Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytına istinad etməyə çağırırıq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!