Zəlzələ ilə bağlı ŞOK AÇIQLAMA: “Qaçılmazdır, 2024-cü ildə...”

saytların hazırlanması

Evə çatdırılma

Zəlzələ ilə bağlı ŞOK AÇIQLAMA: “Qaçılmazdır, 2024-cü ildə...”

Sosial

07 Dekabr 2023 09:41 18241


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda güclü zəlzələ baş verib. Təkanlar Bakı ilə yanaşı, bəzi rayonlarda da qeydə alınıb. 

Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yerli vaxtla 08:15-də baş verən zəlzələ Azərbaycan ərazisəndə hiss olunub. 

İlkin məlumata görə, zəlzələnin episentri Xəzər dənizində olub və 5,6 maqnitudalı yeraltı təkanlar qeydə alınıb. Zəlzələ insanlar arasında təşvişə səbəb olub, insanlar yaşadıqları binadan çıxıblar. 

Zəlzələ yenidən baş verə bilərmi? 

Məsələ ilə bağlı Modern.az-a danışan Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, elmlər doktoru Qulam Babayev 2024-cü il ərzində də belə hiss olunan zəlzələlərin baş verəcəyini söyləyib: 

“Hiss olunan zəlzələlər qaçılmazdır. 2024-cü ildə də bu davamlı şəkildə olacaq. Hazırda tektonik blok aktivləşib.  Yanındakı qonşu bloklar da aktivləşəcək. Mərkəzi Xəzər və cənubi Xəzər blokları oyana bilər. Aktivləşmə davamlı surətdə gözləniləcək. Lakin dağıdıcı zəlzələlər gözlənilmir", - Q.Babayev vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Minayə
    Salam zərzələ navağ olacay
    2 years ago
  • Kəmalə
    Zəlzələ 2024 ci ildə fevralın 21 sində zelzele olacaqmi
    2 years ago
  • Məhəmməd
    Salam Cəlilabad da 2024 zəlzələ gözlənir. Mi
    2 years ago
  • Fidan
    Azerbaycanda zelzele olub nece bal gücünde deyin de
    2 years ago
  • .
    Zəlzələ nə vaxt olacaq 2024 cü ildə
    2 years ago
  • Xanım
    14 dekabr zelzele olacaq?
    2 years ago