“Zirə” və “Səbail”dən əzmkar qələbə - Yenilənib
26 Sen 2020 22:50
788

“Zirə” və “Səbail”dən əzmkar qələbə - Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında 4-ci turun növbəti qarşılaşmaları keçirilib.

Yenisabah.az xəbər verir ki, ikinci oyun günündə nəzərdə tutulan 2 matçdan biri başa çatıb.  “Səbail” doğma meydanda “Sabah”ı qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.  Bu, "Səbail"in 2020/2021 mövsümündə ölkə çempionatında ilk qələbəsi olub.

Digər oyunda “Zirə” “ASK Arena”da “Keşlə”nin qonağı olub. Matç qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

20:15. “Keşlə” – “Zirə” - 2:3 

Qol: Silvio Rodriqes, 10, Dmitro Klots, 54 - Klesio Bauk, 21, 68, Davit Volkov, 79-pen 

Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov

“ASK Arena”

18:00. “Səbail” – “Sabah” - 2:1

Qollar: Ramil Şeydayev, 27-pen (0:1), Əfran İsmayılov, 56-pen (1:1), Rauf Əliyev, 71 (2:1)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov

 “ASKO Arena”

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər