1 aprel zarafatı kütləvi aksiyaya çevrildi -  Fotolar
02 Apr 2021 14:02
500

1 aprel zarafatı kütləvi aksiyaya çevrildi - Fotolar

Belçikanın paytaxtı Brüsseldə bir qrup gəncin 1 aprel zarafatı kütləvi aksiyaya çevrilib.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, gənclər Brüsselin mərkəzindəki parklardan birində "La Boum" adlı musiqi festivalının keçiriləcəyi bildiriblər. Festivalda məşhur DJ-in iştirak edəcəyi, koronavirusla bağlı hər hansı məhdudiyyətin tətbiq edilməyəcəyi qeyd olunub.

Lakin sonradan bunun 1 aprel zarafatı olduğu üzə çıxıb.

Buna baxmayaraq, yüzlərlə gənc həmin gün parka axışıblar. Gənclər ərazidən dağılmadığı üçün polis su şırnağı və gözyaşardıcı qaz istifadə etmək məcburiyyətində qalıb.

Gənclər polisə şüşə və daş ataraq cavab veriblər. Polislə gənclər arasında baş verən qarşıdurmada çox sayda insan yaralanıb. 

1 aprel zarafatı kütləvi aksiyaya çevrildi -  Fotolar
1 aprel zarafatı kütləvi aksiyaya çevrildi -  Fotolar
1 aprel zarafatı kütləvi aksiyaya çevrildi -  Fotolar
1 aprel zarafatı kütləvi aksiyaya çevrildi -  Fotolar
1 aprel zarafatı kütləvi aksiyaya çevrildi -  Fotolar
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər