10 manata yaradılan şirkət 12 milyonluq tenderi uddu 

saytların hazırlanması

Evə çatdırılma

10 manata yaradılan şirkət 12 milyonluq tenderi uddu 

İqtisadiyyat

17 Sentyabr 2024 18:01 1014


Əlillərin reabilitasiyası məqsədi ilə malların satınalınması üzrə tender yekunlaşıb. 

Modern.az elektron satınalma portalına istinadən xəbər verir ki, "Protez-ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi” Publik hüquqi şəxsin elan etdiyi satınlamanın qalibi "ZN TRADE" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 

Protez-ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi xəstələr üçün nəqliyyat vasitələrin alınmasına görə bu şirkətə 12 milyon 371 min 549 manat 17 qəpik ödəyəcək.  Toyuqlu pizza

Qeyd edək ki, “ZN Trade” MMC-nin nizamnamə kapitalı 10 manatdır və şirkətin qanuni təmsilçisi Nüsrəddin Kərimovdur. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!