İrlandiyalı qarışıq döyüş sənəti ustası (MMA) Konor Makqreqor Mütləq Döyüş Çempionatına (UFC) qayıdacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə "New York Post" nəşri məlumat verib.
Məlumata görə, Makqreqor ABŞ-li Maks Holloue ilə döyüş keçirəcək, irlandiyalı UFC ilə danışıqların son mərhələsindədir. Təşkilatın iki çəki kateqoriyasında keçmiş çempionunun qayıdışının iyulun 11-də Las-Veqasda keçiriləcək "UFC 329" turnirində baş tutması gözlənilir. Qeyd edilir ki, döyüş yarımyüngül çəkidə olacaq. Dördpendirli pizza
Xatırladaq ki, mart ayında Makqreqor UFC-yə qayıtmaq niyyətini təsdiqləyib.
Makqreqor 2021-ci ilin yayından - ABŞ-li Dastin Poryeyə texniki nokautla məğlub olduğu vaxtdan bəri döyüşməyib. Həmin döyüşdə irlandiyalının ayağı sınıb. Karyerası ərzində Makqreqor ümumilikdə MMA-da 28 döyüş keçirib ki, onlardan 22-də qələbə qazanıb və 6 dəfə məğlub olub. O, yarımyüngül və yüngül çəkidə keçmiş UFC çempionudur./Oxu.az
Telegram kanalımız