120 məcburi köçkün ailəsi yeni mənzilə köçəcək

saytların hazırlanması

Evə çatdırılma

120 məcburi köçkün ailəsi yeni mənzilə köçəcək

Sosial

26 Fevral 2019 22:51 730


Fevralın 27-də Sumqayıtda bir qrup məcburi köçkün ailəsinin yeni mənzillə təmin olunması ilə bağlı püşkatma mərasimi keçiriləcək.

Bu barədə "Yeni Sabah"a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, püşkatma mərasimində 120 məcburi köçkün ailəsi iştirak edəcək. Püşkatmada iştirak edən ailələrə mənzillər Sumqayıt şəhərində inşa edilən yeni kompleksdən veriləcək. Pepperoni pizza

Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbər şəxsləri və Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavinləri iştirak edəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!