Sumqayıtda Məşğulluq Mərkəzinə müraciət edənlərin sayı ötən illə müqayisədə xeyli azalıb, 4952 nəfər işaxtaran kimi qeydiyyata alınıb, onlardan 2520 nəfər işlə təmin olunub. Mövsümi işlərə 1590 nəfər cəlb edilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Sumqayıtın 2018-ci il hesabatında məlumat verilib.
Yol infrastrukturunun yaxşılaşdırılması, dəmiryol nəqliyyatının normal hərəkətinin təmin edilməsi və sərnişinlər üçün lazımi şəraitin yaradılması məqsədilə Sumqayıt şəhərində Dəmiryol Vağzalının binası yenidən inşa edilib. pizza hut
Şəhərdə müvəqqəti məskunlaşmış məcburi köçkünlərin mənzillə təmin olunması üçün 12-ci mikrorayon ərazisində 1005, Stansiya Sumqayıt yaxınlığında 1000 mənzildən ibarət yeni yaşayış kompleksinin açılışı olub.
Hesabat ilində şəhər Prokurorluğunun yeni inzibati binasının tikintisi başa çatdırılıb, “Nizami” kinoteatrının sökülərək yenidən layihələndirilməsinə və Corat qəsəbəsində yeni 120 yerlik uşaq bağçasının tikintisinə başlanılıb. Məhkəmə kompleksində işlər davam etdirilib. Metallurq küçəsində kompleks yenidənqurma işləri aparılıb, həmin küçədə Acı Dərə kanalının məcrasının dəyişdirilməsi ilə əlaqədar 1800 p/m yeni suötrücü kanalizasiya xətti çəkilib. Şəhərdə 16 küçə və yolda, 10 mikrorayon və 8 məhəllədaxili ərazilərdə ümumilikdə 555,0 min kv. metr asfalt örtüyü, 14200,0 p/m beton, 748,0 p/m qranit bardür dəyişdirilib.
Ötən dövrdə 100 yaşayış binasının dam örtüyü metal kirəmitlə əvəz edilmiş və 68 yaşayış binasında işlər davam etdirilir. Ümumilikdə son illərdə 650-dən çox yaşayış binasının dam örtüyü əsaslı təmir olunub.
Hesabat dövründə lift təsərrüfatının maddi texniki bazasının möhkəmləndirilməsi məqsədilə, əhalinin liftdən təhlükəsiz istifadə etməsinin təmin olunması məqsədilə istismar müddətini ötmüş 105 lift ,ümumilikdə son illər 367 lift yenisi ilə əvəz olunub.
Sərnişinlərin rahatlığı üçün Türkiyə istehsalı olan 206 ədəd sərnişin avtobusu gətirilərək marşrut xətlərinə buraxılıb, müasir tipli yeni dayanacaqların quraşdırılması işləri davam etdirilib.
Telegram kanalımız