22 yaş kiçik sevgilisi qadını bıçaqladı - Nəsimidə

saytların hazırlanması

Evə çatdırılma

22 yaş kiçik sevgilisi qadını bıçaqladı - Nəsimidə

Kriminal

26 Avqust 2019 15:59 1139


Gəncə sakini, paytaxtın Nəsimi rayonunda kirayə yaşayan 1977-ci il təvəllüdlü A.B. qeyri-rəsmi birgə yaşadığı şəxs tərəfindən bıçaqlanıb. 

“Yeni Sabah" bildirir ki, o, bununla bağlı Nəsimi rayon polis şöbəsinə müraciət edib. Bildirib ki, avqustun 24-də kirayə yaşadığı evdə, 1999-cu il təvəllüdlü, Yasamal rayon sakini Aslan Qurbanlı ona bıçaqla çoxsaylı xəsarət yetirib. 

Belə ki, A. Qurbanlı sevgilisindən ona su verməsini istəyib. Qadın suyu vermədiyinə görə, A. Qurbanlı ona bıçaqla hücum edib. Nəticədə kürək nahiyəsindən, döş qəfəsindən, baş və yanaq nahiyəsindən xəsarət yetirərək evi tərk edib.  Dominos pizza

Xəsarət alan qadın isə 1 saylı Klinik Tibbi Mərkəzə müraciət edib. O,  hadisə vaxtı evdə ikisinin olduğunu qeyd edib. Q. Aslanın tapılması istiqamətində Nəsimi rayon polis şöbəsində əməliyyat axtarış tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!