Fatmayı qəsəbəsində yerləşən evlərdən birindən 35 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, zərərçəkən ərizə ilə polisə müraciət edib. Abşeron RPİ-nin əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən tutulub.
Bu həmin evin mühafizəçisi Cavidan Əlyarlıdır. Saxlanılan şəxs törətdiyi hadisəni etiraf edərək oğurladığı qızılları satdığını bildirib. Pepperoni pizza
Telegram kanalımız