37 dərəcə isti - Sabahın hava proqnozu

saytların hazırlanması

Evə çatdırılma

37 dərəcə isti - Sabahın hava proqnozu

Sosial

12 İyul 2022 12:25 884


Milli Hidrometeorologiya Xidməti iyulun 13-də gözlənilən hava şəraiti barədə məlumat yayıb.

Yenisabah.az xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti  əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi  gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Bakıda gecə 23-25° isti, gündüz  35-37° isti olacaq. 

Atmosfer təzyiqi  757 mm civə sütunu təşkil edəcək.

Nisbi rütubət  55-60  % olacaq. Abşeron çimərliklərində şimal-qərb küləyi  gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Sabah Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-40°, bəzi yerlərdə 42° isti, dağlarda gecə 8-13° isti, gündüz  25-30° isti olacaq.   

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!